Bankların 88%-i öz fəaliyyətində ətraf mühitin qorunması ilə bağlı tədbirlər həyata keçirdiyini bildirmişdir. Banklar öz fəaliyyətlərində ətraf mühitin qorunması ilə bağlı kağız həcminin azaldılması, elektrik enerjisinə qənaət, ağacəkmə aksiyalarında iştirak, dənizkənarı tullantıların təmizlənməsi, elektrik batareyaların düzgün utizilizasiya edilməsi üçün toplanma məntəqəsinin yaradılması, plastik istifadəsinin azaldılması və tullantıların təkrar emalı istiqamətində işlər görülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı Maliyyə üzrə Sorğu” nəticələrində bildirilib.
Qeyd edək ki, sorğu nəticələrinə əsasən bankların 13%-i beynəlxalq maliyyə institutlarının maddi və ya texniki dəstəyi ilə ətraf mühitin qorunmasını dəstəkləyən layihələr həyata keçirildiyini bildirib. Bu layihələrə ağac əkilməsini dəstəkləyən bank kartlarının buraxılması, ESİ üzrə qaydaların hazırlanması, iqtisadi fəaliyyət növləri üzrə istisna siyahısı, ESİ hesabatının yenilənməsi və s. nümunə göstərmək olar.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib