Türkiyədə illik inflyasiya sentyabr ayında yenidən artıb.
"İki sahil" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin sentyabr ayında inflyasiya 61.53%-ə kimi artıb. Avqust ayında bu rəqəm 58.94% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 4.75%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 49.86% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 20.16% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.48% ilə restoran və otellər qiymətləri olub.
Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə başlayıb.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib