Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində tədbirlərin keçiriləcəyi məkanlar açıqlanıb
Gündəlik həyat tərzi dəyişiklikləri ürək-damar xəstəliklərinin qarşısında əsas müdafiə xəttidir - OXUYUN XƏBƏRİNİZ OLSUN!
MM narkoloji xəstələrin işə qəbulunda işəgötürənin məsuliyyətinin artırılmasını qəbul edib