2023-cü ilin I yarımilində Azərbaycanda investorlar vəsaitlərinin 58%-ni (977 mln. manat) aşağı riskli qiymətli kağızlar hesab olunan dövlət istiqrazlarına, 32%-ni (541 mln. manat) korporativ istiqrazlara, 7%-ni (126 mln. manat) isə pul vəsaitlərinə yatırıb. Bazarda riskli yatırımların az olması fonunda törəmə maliyyə alətlərinə tələb az olub. Müştəri aktivlərinin 95%-i ABŞ dollarındadır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın ”Maliyyə Sabitliyi Hesabatında” bildirilib.
Qeyd edək ki, 2023-cü ilin ilk yarımilində investisiya şirkətlərinin xalis mənfəəti 6.3% və ya 0.3 mln. manat artaraq 5.2 mln. manat olmuşdur. Sektorun mənfəətliyində müsbət dinamika müşahidə edilsə də, aktivlər və kapital üzrə artım daha yüksək olmuşdur ki, bu da ROA və ROE göstəricilərinin müvafiq olaraq 4.3% və 12.2%-ə enməsinə səbəb olub.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib