Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) ölkəmizdə ilk dəfə kosmik sahədə investisiya layihəsi həyata keçirəcəklər.
“İki sahil” xəbər verir ki, bunu "Azərkosmos"un Beynəxalq münasibətlər üzrə müşaviri Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə tərəflər arasında birgə bəyanat sənədi imzalanıb.
"Layihənin məqsədləri həm kosmik sahədə, həm də digər sahələrdə - turizmdə, kənd təsərrüfatında, ekologiyada innovasiyaları ərsəyə gətirmək, ekosistemi inkişaf etdirmək, peyk xidmətlərini və peyk texnologiyalarını əlçatan etmək, elmi cəmiyyətlərdə birgə fəaliyyət göstərmək və bunun müqabilində də yeni innovativ layihələri ortaya çıxarmaqdır. Əsasən peyk texnologiyaları vasitəsilə dataları analiz edərək digər sahələrdə innovasiyalara nail olacağıq", - deyə o qeyd edib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib