“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirlərinin birgə monitorinq komitəsi (JMMC) bu gün keçirilən onlayn iclas zamanı razılaşmanın hazırkı şərtlərinə sadiqliyini təsdiqləyib və bununla da mövcud neft hasilatı kvotalarını saxlamağı tövsiyə edib.
Bu barədə “İki sahil” OPEC-in yaydığı məlumata istinadən xəbər verir.
“Komitə üzv ölkələrin 4 iyun 2023-cü ildə OPEC və qeyri-OPEC Nazirlərinin 35-ci Toplantısında razılaşdırıldığı kimi, 2024-cü ilin sonuna qədər davam edəcək əməkdaşlıq bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyib”, - məlumatda qeyd olunur.
Qeyd olunur ki, JMMC-ım növbəti iclası noyabrın 26-na planlaşdırılıb.
Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib