Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Türkmənistanda səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov ilə iki ölkənin enerji sahəsində əlaqələrinin inkişaf perspektivlərini, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçirdik. Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığımıza verdiyi töhfələri vurğuladıq", - deyə o qeyd edib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib