Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı artırılaraq 10-a, ixtisaslaşdırılmış gömrük idarələrini sayı isə 4-ə çatdırılıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi, Tovuz Gömrük İdarəsi yaradılıb.
Eyni zamanda Komitənin ixtisaslaşdırılmış gömrük idarələrinin siyahısına Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi əlavə edilib. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin adı dəyişdirilərək Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi olub.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib