05 oktyabr 2023 08:59
694

Cütlük nikahdan üç dəqiqə sonra boşanıb

Ən qısa nikah Küveytdə qeydə alınıb. “İki sahil” xəbər verir ki, bu nikah qeydə alındıqdan cəmi üç dəqiqə sonra pozulub. Boşanmaya səbəb bəyin gəlinə təhqiramiz şəkildə irad bildirməsi olub.

Toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə bəyin gəlini lağa qoyması barədə paylaşım edib. O, gəlinin ayağı ilişdiyi üçün onu “səfeh” adlandırıb.

Bu hadisə nəticəsində cütlük nikah qeydiyyata alındıqdan cəmi 180 saniyə sonra nikahın pozulduğunu açıqlayıb.