Sentyabr ayında 22 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bir aptekdə nöqsan aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaranarsa Analitik Ekspertiza Mərkəzinə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış qəbzini və aptekin ünvanını yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür", - məlumatda qeyd olunub.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib