Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinə rəqabət reyestrinin yaradılmasının əlavə edilməsi təklif edilir.
“İki sahil” xəbər verir ki, belə bir təkliflə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
"Bu, bir çox ölkələrdə tətbiq edilir. Burda məqsəd rəqabəti pozan şirkət və sahibkarlarla bağlı məlumatı digər sahibkarlarla bölüşməkdən ibarətdir. Bu, həmin şirkətlərin rəqabəti pozan şirkətlərlə davranış və qərarlarına təsir edəcək", – deyə deputat əlavə edib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib