AQSİA-nın nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində keçirilən “Yerli layihələrin realizasiyasında qadınlarım sosial təşəbbüskarlığı” adlı beynəlxalq forumda iştirak ediblər.
“İki sahil” xəbər verir ki, forum çərçivəsində ilkin olaraq 03.10.2023-cü il tarixində Həştərxan şəhərində yerləşən tekstil fabrikinə rəsmi görüş təşkil olunub. Görüşdə Fabrikin icraçı dorektoru Valentina Perepeçkina Bakı Telstil Fabrikinin təsisçisi Səkinə Babayevaya fabrikin yaranması haqqında məlumat verib və gördükləri işlərlə tanış edib.
Həmçinin görüşdə Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva “Astraxan +24” televiziya kanalı Həştərxana gəlişin məqsədi olə bağlı müsahibə verib.
Görüşdə AQSİA Regionlarla İşin Təşkili Komisiyasının sədri Kəmalə Məmmədli, Opora Rossiyanın Həştərxan üzrə sədri Natalya Batayeva, Rusiya İqtisadi İnkişaf Nazirliyinin Həştərxan üzrə nümayəndəsi Leysan Krasovskaya və AMOR təşkilatınım Həştərxan üzrə rəsmi nümayəndəsi Elvin Hüseynov da iştirak ediblər.
Sonra AQSİA-nın nümayəndə heyəti Moy Biznesin Həştərxan ofisinin direktoru İrina Nazarova ilə görüşüblər. Görüşdə İrina Nazarova AQSİA heyətinə Moy Biznes Mərkəzonin işi ilə tanış edb, birgə əməkdaşlıqlara yeni addımlar müzakirə edilib.
AQSİA-nın nümayəndə heyəti Həştərxanın dahi rəssamı və heykəlraraşı Boris Kustodiyevin Ev Muzeyini ziyarət ediblər, həyat və yaradıcılığa ilə tanış olublar.
Görüşlərin sonunda xatirə şəkilləri çəkilib.
Görüşlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci Dayanıqlı şəhər və icmalar, 17-ci Məqsədlər üçün tərəfdaşlıq məqsədlərinə uyğun həyata keçirilib.