"Azərbaycanla Yaponiya arasında bir sıra sahələrdə geniş əməkdaşlıq var. İki ölkənin tikinti sahəsində də əməkdaşlığının genişlənəcəyinə ümid edirəm".
“İki sahil” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin Ümumdünya Memarlar Günü münasibəti ilə "Bakı KOB Evi"ndə keçirdiyi "Memarlıq irsi: Müasir və gələcək trendlər" adlı konfransda deyib.
"Yaponiya zəlzələlərin çox olduğu ölkədir. Buna görə də tikinti sahəsində müasir texnologiyalar tətbiq edilir. Bu gün burada Yaponiya təcrübəsi təqdim edilir. Ümid edirəm ki, tədbirin sonunda şirkətlər arasında əməkdaşlıq qurular və biznes əlaqələri inkişaf edər. Biz bu əməkdaşlığı dəstəkləyirik ", - deyə o qeyd edib.
Xatırladaq ki, konfransda iki ölkənin tikinti şirkətlərinin nümayəndələri iştirak edirlər.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib