Arustuk müharibəsi (1838-1839-cu illər)
Bu müharibə ABŞ və Kanada əraziləri - Men ştatı və Nyu-Brunsvik əyaləti arasında baş verib. İki ölkənin yaşayış məntəqələri arasında kiçik sərhəd münaqişəsi ağacların kəsilməsi səbəbindən baş verib.
Ağac kəsənlər əvvəlcə fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çalışıblar. ABŞ və Kanada hətta müstəqil tərəf kimi Hollandiya kralına yaxınlaşıblar. Lakin bir neçə gündən sonra padşahın qərarını gözləməkdən yorulan odunçular amerikalı Uilyam İtonun mülkündə döyüşdülər. Münaqişədə heç kimin xəsarət almağa “vaxtı” olmadı, çünki üçüncü bir “şəxs” gəldi - döyüşçülərin qışqırıqları və səs-küyündən qəzəblənən nəhəng qara ayı. Bir az sonra, artıq 1839-cu ildə ABŞ səlahiyyətliləri bir neçə kanadalı odunçunu həbs etdilər, buna görə də hər iki tərəf böyük bir davaya hazırlaşmağa və hərbçiləri toplamağa başladı. Lakin siyasətçilər vaxtında müdaxilə etdilər. 1839-cu ildə ABŞ və Böyük Britaniya müharibəyə son qoyan Webster-Aşburton müqaviləsini bağladılar.
İngiltərə-İsveç müharibəsi (1810-1812)
Bu müharibənin bir az dolaşıq arxa planı var idi. 19-cu əsrin əvvəllərində İsveç və Böyük Britaniya müttəfiq idilər və Napoleon Fransasına qarşı vuruşurdular.
Eyni zamanda, Rusiya-İsveç müharibəsi baş vermişdi. Nəticədə İsveç Fransa ilə sülh bağlamağa və Böyük Britaniyanın kontinental blokadasına qoşulmağa məcbur oldu. 1810-cu il noyabrın 13-də İsveç də Böyük Britaniyaya müharibə elan etmək məcburiyyətində qaldı. Onlar, həmçinin İsveç limanlarında yerləşən bütün ingilis gəmilərinin və mallarının müsadirə edilməsini əmr etdilər. Lakin hiyləgər isveçlilər tələbləri yerinə yetirməyə tələsmirdilər. Əksinə, hətta ingilislərə limanlarının birində parkinqdən istifadə etməyə icazə verərək heç bir hərbi əməliyyat keçirmədilər. İki il sonra İsveç və Böyük Britaniya bu qansız müharibəyə son qoyaraq sülhə imza atdılar.
Sumdoronq Çu müharibəsi (1986–1987)
Çin-Hindistan sərhədindəki münaqişələr 1962-ci ildən bu günə kimi davam edir. Bəziləri minlərlə ölü və yaralı ilə böyük döyüşlərə çevrildi. Amma onlardan biri qansız idi.
Hər şey 1894-cü ildə Hindistanın Sumdoronq Çu vadisi yaxınlığında müşahidə məntəqəsi qurması ilə başladı. İki il sonra hindli patrul qəfildən burada helikopter meydançası və digər Çin binalarını aşkar etdi. Əvvəlcə tərəflər sülh yolu ilə danışıqlar aparmağa çalışsalar da, Çin təslim olmaq istəmədi. Ona görə də ölkələr bu bölgəyə qoşun yeritdilər. Görünürdü ki, müharibə qaçılmazdır. Amma 1987-ci ildə diplomatiya sayəsində dayandırıldı. Hindistanın xarici işlər naziri Çinə səfər edərək Hindistanın münaqişənin gərginləşməsində maraqlı olmadığını bildirdi və çinlilər dərhal buna razılıq verdilər. Hər iki tərəf qoşunlarını geri çəkdi və atəş açılmadan müharibə başa çatdı.
Lobster müharibəsi (1961–1964)
Fransa və Braziliya arasında baş vermişdi. Uzaqdan başlayaq. Cenevrə Konvensiyasına görə, bütün xalqların su altında olan sərvətlərdən istifadə hüququ var. Buna görə də 1961-ci ildə fransız balıqçılar Braziliyaya yaxınlaşmağa və orada dəniz məhsulları əldə etməyə qərar verdilər. Bu, braziliyalı dənizçilərin xoşuna gəlmədi. Braziliyanın 300 kilometrə qədər uzanan öz şelfi var, buna görə dənizçilər Fransanın onların ərazilərinə təcavüz etdiyinə qərar verdilər. Braziliya belə həyasızlığa dözmədi və bütün xarici gəmilərin sularını təmizləmək üçün altı esmines və patrul qayıqlarından ibarət donanma göndərdi. Bu əməliyyat zamanı üç fransız qayığı və bir esmines ələ keçirildi. Qarşıdurma üç il davam etdi və sülh razılaşması ilə başa çatdı. Üstəlik, bütün bu müddət ərzində bir dəfə də olsun atəş açılmadı və bir nəfər də itki olmadı (lobsterlərin özləri istisna olmaqla).
Üç yüz otuz beş illik müharibə (1651–1986)
İngiltərə və Hollandiya arasında baş verib. Hər şey 1651-ci il martın 30-da İngiltərədə kralın tərəfdarları və parlament tərəfdarları arasında vətəndaş müharibəsi gedən zaman başladı. Nəhayət, kral tərəfdarları məğlub oldular və Scilli adalarına çəkildilər. Hollandiya o anda parlamentarilərin müttəfiqi idi və adalara müharibə elan etdi. Çünki ingilislər məhv edilmiş Hollandiya gəmilərinə dəyən ziyanı ödəməkdən imtina etdi. 1651-ci ilin iyununda kralçılar ingilislərə təslim oldular, lakin hollandlara təslim olmağı unutdular. Buna görə də onların arasında de-yure müharibə 1986-cı il aprelin 17-nə qədər davam etdi və tərəflər 335 illik müharibədən sonra nəhayət sülh müqaviləsi bağladılar və bu müddət ərzində bir dəfə də olsun atəş açılmadı.
2022-ci ildə bir ada üstündə Danimarka və Kanada arasında təxminən 50 illik müharibə başa çatdı. Yeri gəlmişkən, orada da heç kim ölməyib. Bu, bəşəriyyət tarixindəki ən ağıllı müharibə hesab edilir.
Nubar Süleymanova, “İki sahil”