Avropa Komissiyası Ermənistanı Azərbaycandan Rumıniyaya Qara dəniz sualtı elektrik ötürücü xətti (Qara dəniz enerji kabeli) layihəsində iştirak etməyə çağırıb və İrəvana nüvə təhlükəsizliyində yardım vəd edib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın Qranada şəhərində Avropa sammiti çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün yekunları üzrə imzalanmış birgə bəyanatda deyilib.
“Avropa Komissiyası Ermənistanın Qara dəniz enerji kabeli layihəsi kimi regional layihələrdə iştirakını dəstəkləyəcək. Avropa Komissiyası Ermənistana hava və nüvə təhlükəsizliyi sahəsində texniki yardımı genişləndirəcək”, - sənəddə diqqətə çatdırılıb.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib