Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə “Hökumət buludu”, metro və dəmir yolu nəqliyyatı sahəsində rəqəmsallaşdırma üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir Azərbaycanda səfərdə olan EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.
"Görüşdə EBRD-nin krediti əsasında “Aztelekom” MMC-nin həyata keçirdiyi genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin irəliləyişi haqqında danışdıq", - R.Nəbiyev bildirib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib