2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 272 milyon 984 min dollar təşkil edib.
"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% və ya 43 milyon 384 min dollar azalıb. 2022-ci ilin yanvar-avqust ayında Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin həcmi 316 milyon 368 min dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Vyetnama ixracın həcmi 27.5% azalaraq 180 milyon dollara, Vyetnamdan Azərbaycana idxalın həcmi isə 36.2% artaraq 92 milyon 974 min dollara bərabər olub.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib