2026-cı ildə növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (İAC2023) çərçivəsində nümayiş etdirilən stendlərin mükafatlandırılma mərasimində “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
“Azərkosmos”un sərgi pavilyonunda keçirilən tədbirdə S. Əsədov bütün tədbir iştirakçılarına və sponsorlara təşəkkürünü bildirib. Mükafata Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi (ən innovativ stend), Çin Astronavtlar Assosiyasiyası, “Airbus” şirkətinin nümayəndələri (ən kreativ), Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi (ən fəal), Milanın “Plan-S” şirkəti, Türkiyə Kosmik Agentliyi (ən işgüzar) stend olaraq mükafatlandırılıblar.
Qeyd edək ki, məhz bu gün yəni oktyabrın 6-da 2026-cı ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi ölkənin seçimi baş tutmalı idi.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib