2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 612 milyon 870 min dollar təşkil edib.
"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.6% və ya 87 milyon 133 min dollar artıb. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 525 milyon 737 min dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Gürcüstana ixracın həcmi 18.5% artaraq 528 milyon 527 min dollara, Gürcüstandan Azərbaycana idxalın həcmi isə 5.8% artaraq 84 milyon 342 min dollara bərabər olub.
Əlavə edək ki, Gürcüstan Azərbaycanın qeyri-neft məhsulu ixrac etdiyi ölkələr sırasında 3-cü yerdədir. Belə ki, bu dövrdə Azərbaycandan Gürcüstana 219 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib