Biləsuvar rayonunda "İnnovasiya festivalı və Toxum Satış Yarmarkası" keçirilib.
“İki sahil” xəbər verir ki, açılış tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran, Astara rayonlarının DAİM rəhbərləri və fermerlər, dövlət və özəl toxumçular, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.
Çıxış edənlər yarmarkanın əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin keçirdiyi yarmarka kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyaların fermerlər üçün əlçatanlığının təmin edilməsi məqsədilə təşkil olunub.
Sonra aqrar sahədəki innovativ məhsul, avadanlıq və texnologiyalar nümayiş etdirilib, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib.
Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib