Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin sonuncu günü ictimaiyyət üçün açıq olub. Ali təhsil müəssisələrinin tələbələri, startapçılar, məktəblilər, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və müharibə veteranlarının övladları tədbir məkanına gəliblər.
“İki sahil” xəbər verir ki, onlar 36 ölkədən 150 şirkətin stendinin təqdim edildiyi sərgi pavilyonunda kosmik yeniliklərlə tanış olublar. İştirakçılar, həmçinin konqres çərçivəsində açılmış “NARGİS” jurnalının “GoGreen” ekosərgisinin eksponatlarına, məşhur dizayner Yan Katın “Rug Art Out of Space” sərgisində nümayiş olunan kosmik mövzulu xalçalara baxıblar.
Konqresə gələn yeniyetmə və gənclər müxtəlif ölkələrdən olan astronavtlarla görüşüb, onların uğur hekayələrini dinləyiblər. Görüş iştirakçıları, həmçinin kosmonavtlardan avtoqraf alıb, onlarla xatirə fotoları çəkdiriblər.
Uşaqlar “VR ilə Aya səyahət”, “Robotics STEAM”, “LEGO” oyunları daxil olmaqla müxtəlif əyləncəli və maarifləndirici proqramlarda iştirak edib, “Özünü astronavt kimi təsəvvür et”, “Bubble Heads” və digər zonalarda maraqlı vaxt keçiriblər. Onlar, həmçinin müxtəlif planetlərə rəmzi uçuş biletləri əldə ediblər.
Tədbir çərçivəsində Əməkdar artist Bəhram Bağırzadə uşaqlarla görüşüb, onlara avtoqraflı kitablarını hədiyyə edib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib