Bakıda keçirilən 74-cü Beynəlxalq Astronatika Konqresinin (IAC) bağlanış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov qonaqlara və sponsorlara təşəkkür edib.
O, iştirakçı ölkələrin və astronavtların, həmçinin alimlərin Konqresə çox böyük dəstək verdiyini qeyd edib.
Bağlanış mərasimində həmçinin Konqresin açılış mərasimi, digər günləri və İlon Maskın (Elon Musk) müsahibəsindən ibarət videoçarx nümayiş olunub.
Daha sonra isə mükafatlandırma mərasimi keçirilib. "Gənc pionerlər" nominasiyasında qalıb olanlardan biri də Azərbaycandan Sona Quliyeva olub. O, həm də "Azərkosmos"un Coğrafi İnformasiya Sistemləri üzrə aparıcı təlimçisidir.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib