İqtisadiyyat Nazirliyi ilə ABŞ-ın Harvard Universiteti arasında imzalanmış müqavilə çərçivəsində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (GROWTH LAB) nümayəndələri ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud əlverişli investisiya imkanları barədə məlumat verib, agentliyin təqdimatı olub.
İZİA-dan “İki sahil”ə bildirilib ki, görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə mümkün əməkdaşlıq imkanlarının qurulması, sənaye sahəsində birgə fundamental və praktik əhəmiyyətli tədqiqatların aparılması barədə müzakirələr aparılıb.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib