Britaniyalı məşhur müğənni-bəstəkar Ed Şiran son açıqlaması ilə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, ifaçı evinin həyətində öz məzarını qazdığını bildirib.

"Buna indi tam məzar deyə bilmərəm. Torpağa quyu qazıb bir parça daş qoymuşam. Nə vaxt ölsəm, oraya girəcəyəm. Bəziləri bunu qəribə və psixoloji problemlə əlaqəli olduğunu düşünür. Lakin vəsiyyəti olmadan ölən dostlarım oldu və kimsə nə etməli olduğunu bilmədi" deyə, Şiran açıqlayıb.