Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş döyüş mövqelərindən birinə baxış keçirilərkən hərbi tibbi yardım üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin hərbi yükün daşınması məqsədilə istifadə edilməsi müəyyən edilib.
“İki sahil” xəbər verir ki, artilleriya atəşi nəticəsində yararsız vəziyyətə düşən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus nəqliyyat vasitəsi “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketlərinin saxlanılması və daşınması üçün istifadə edilib.
Qeyd edək ki, mülki təyinatlı texnikanın hərbi məqsədlərlə istifadə edilməsi Beynəlxalq Humanitar norma və prinsiplərində ziddir və qəbul edilməzdir.
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır
Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir