Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda “Brent” və WTI markalı neftin qiymətləri 4% bahalaşıb.
“İki sahil” “Kommersant”a istinadən xəbər verir ki, bunu ticarət platformalarının məlumatları sübut edir.
Londonun ICE birjasında “Brent” markalı dekabr fyuçerslərinin qiyməti 88,99 dollar/barelə çatıb, lakin Bakı vaxtı ilə saat 6:39-da 87,98 dollar (+4,02%) olub. Nyu-Yorkun əmtəə birjasında WTI neftinin qiyməti 86,35 dollar (+4,3%) təşkil edir.
“ANZ Group”un ekspertləri deyirlər ki, bazarlar üçün əsas məsələ münaqişənin indiki ərazilərdə qalacağı və ya digər bölgələrə, xüsusən də Səudiyyə Ərəbistanına yayılacağıdır. ABŞ və İranın münaqişəyə girməsi ilə bağlı narahatlıqlar da artır.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib