Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) neft sənayesinin 2045-ci ilə qədər investisiya ehtiyacını 14 trilyon dollar səviyyəsində qiymətləndirir.
Bu barədə “İki sahil” OPEC-in “World Oil Outlook 2045” hesabatına istinadən xəbər verir.
Təşkilat hesab edir ki, 2023-cü ildə “qara qızıl”ın kəşfiyyatı və hasilatına qoyulan investisiyalar 13% artaraq 360 mlrd. dollara çatsa belə, bu, kapital xərclərini yalnız koronavirus pandemiyasından əvvəlki səviyyəyə qaytaracaq.
"Bütün neft sektoru üçün tələb olunan ümumi uzunmüddətli investisiyanın həcmi 14 trilyon dollar və ya ildə orta hesabla 610 milyard dollar olduğu təxmin edilir", - hesabatda qeyd olunur.
Təşkilat hesab edir ki, 2022-ci ildən 2045-ci ilə qədər təkcə "upstream" (kəşfiyyat və hasilat) sektoruna 11,1 trilyon dollar, "downstream" və "midstream" (emal, satış, daşınma və saxlama) sektorları üçün isə müvafiq olaraq 1,7 və 1,2 trilyon dollar tələb olunacaq.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib