09 oktyabr 2023 14:53
259

Asiya-Sakit okean regionuna neft və kondensat tədarükü artacaq -  PROQNOZ

Asiya-Sakit Okean regionunun neft və qaz kondensatının qlobal idxalında payı 2022-ci ildəki 64%-dən 2045-ci ildə demək olar ki, 72%-ə yüksələcək.

Bu barədə “İki sahil” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “World Oil Outlook 2045” illik hesabatına istinadən xəbər verir.

"Asiya-Sakit okean regionu qlobal neft və kondensat ixracının əsas istiqaməti olaraq qalır. Ümumi gündəlik idxal 2022-ci ildəki 23 mln. bareldən 2045-ci ildə 32,6 mln. barelə qədər tədricən artacaq Buna uyğun olaraq, Asiya-Sakit Okean regionunun qlobal regionlararası ticarətində payı 2022-ci ildəki 64%-dən 2045-ci ildə demək olar ki, 72%-ə yüksələcək”, - hesabatda bildirilir.

OPEC qeyd edir ki, güclü tələb artımı sayəsində gündəlik qlobal neft və kondensat ticarəti 2025-ci ildə 39,3 mln. bareldən çox olacaq ki, bu da 2022-ci illə müqayisədə 3 mln. barel çoxdur.