Bu ilin III rübündə Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) 1 898 müraciət daxil olub.
"iki sahil" Agentliyə istinadən xəbər verir ki, bunlardan 1 679-u elektrik enerjisi təchizatı ilə bağlı (158-i məlumat üçün olmaqla), 158-i təbii qaz təchizatı ilə bağlı (8-i məlumat üçün olmaqla), 23-ü istilik təchizatı ilə bağlı (1-i məlumat üçün olmaqla), 38-i isə digər məsələlərlə bağlı (3-ü məlumat üçün olmaqla) olub.
Agentlik 1 320 müraciəti araşdırıb və cavablandırıb, o cümlədən 48 müraciəti müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərib.
2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 406 müraciət hazırda baxılma prosesindədir.
170 məlumat xarakterli müraciətdən 92-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib