2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 218 milyon 349,5 min dollar təşkil edib.
"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% və ya 34 milyon 616 min dollar artıb. 2022-ci ilin ilk 8 ayında Azərbaycanla Belarusun ticarət dövriyyəsinin həcmi 183 milyon 732 min dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın həcmi 4 dəfə azalaraq 19 milyon 859 min dollara, Azərbaycanın Belarusdan idxalı isə 93.8% artaraq 198 milyon 490 min dollara bərabər olub.
Əlavə edək ki, bu dövrdə Azərbaycanla Belarusun ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0.60%-ni təşkil edib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib