“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mehman Mehdiyev məlumat verib.
"Oktyabrın 9-u gundüz saatlarından oktyabrın 10-u səhər saatlarınadək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 ms, arabir 25-30 ms acıq dənizdə 33-35 ms qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacagı gözlənilir", - məlumatda deyilir.
Tapşırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
"Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilərə tapşırılıb ki, gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar", - ASCO-nun açıqlamasında deyilir.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib