Qida təkcə həyatımızın ayrılmaz hissəsi deyil, həm də daimi araşdırma və kəşf mövzusudur. Belə çıxır ki, hətta demək olar ki, hər gün istifadə etdiyimiz ən sadə məhsullar belə özləri haqqında çox heyrətamiz faktlar gizlədə bilər. Bunların bəziləri gülməli, bəziləri qəribə və hətta ağlasığmaz səslənir. Oxuyacaqlarınız da, bizim inanılmaz bir dünyada yaşadığımızın daha bir sübutudur!
Dünya fındıq ehtiyatının dörddə biri Nutella hazırlamaq üçün istifadə olunur
Nutella məhsulları son illərdə o qədər məşhur brendə çevrilib ki, bu, planetdə hər dördüncü fındığın şokolad yığılmış bankalara düşməsi deməkdir.
Göbələkləri çox bişirmək və ya yandırmaq olmaz
Təcrübəsiz aşpaz olsanız belə, yemək zamanı göbələkləri korlaya bilməyəcəksiniz. Belə ki, onların hüceyrə divarlarında xitin adlı xüsusi bir komponent var. İnanılmaz istilik müqaviməti ilə xarakterizə olunur, buna görə göbələklər demək olar ki, istənilən təsir altında struktur olaraq homogen qalır.
Püstə heç də qoz-fındıq deyil
Antep fıstığı albalı, şaftalı, ərik və gavalı ilə eyni ailəyə daxildir. Beləliklə, o, müəyyən mənada bir meyvədir.
Çuğundur yarpağı o qədər sürətlə böyüyür ki, onu hətta eşidə bilərsiniz. Bitkinin tumurcuqları açıldığında səsi eşidilir. Bəzi insanlar, böyümək mövsümündə bağlarında davamlı xışıltı səsləri eşitdiklərini söyləyirlər.
Limonu suya atdıqda üzür, laymı atdıqda batır.
Orijinal yerkökü narıncı deyil, bənövşəyi-sarı rəngdədir
Muskat qozu halüsinasiyalara səbəb ola bilər. Az miqdarda muskat qozu insan sağlamlığına zərər vermir. Ancaq ədviyyatı çox miqdarda istehlak etmək şüuru dəyişə bilər.Bu, miristsin adlı təbii birləşməyə görədir.
Ketçup bir vaxtlar dərman kimi istifadə olunurdu
1800-cü illərdə Con Kuk Bennett adlı bir həkim bəzi mədə xəstəliklərini, həmçinin vəba, sarılıq və revmatizmi müalicə etməyə kömək edən ketçup resepti hazırladı.
Əncir dadlı bir çiçəkdir
Botanika baxımından əncir qəribə olsa da çiçəkdir. Onun qönçələri daxilə çevrilmişdir, pulpa çoxlu qönçələrdən ibarətdir və içərisində mikroskopik ölçülü çoxlu toxumlar var.
Saqqızlar avtomobil mumuna görə parlaq olur
Saqqızalar avtomobilləri örtmək üçün də istifadə olunan karnauba mumu ilə örtüldüyünə görə gözəl bir parıltı əldə edir.
Xərçəng əvvəllər kəndli yeməyi idi
Xərçəng 19-cu əsrin ortalarına qədər məşhur yemək deyildi. Ondan kasıb kəndlilər qida kimi istifadə edirdilər.
Yaşıl, sarı, narıncı və qırmızı bolqar bibərləri əslində eyni tərəvəzdir, sadəcə inkişafın müxtəlif mərhələsindədir.
Popkorn min illərdir mövcuddur
Arxeoloqlar Meksikada 4000 ildən çox yaşı olan popkorn dənələri tapıblar. Qədim azteklərin ondan təkcə yemək üçün deyil, həm də müxtəlif aksessuarlar yaratmaq üçün istifadə etdiyinə dair bir fərziyyə var.
Çili bibərləri acı deyil
Bibərdə təbii olaraq sinirlərimizdəki ağrı reseptorlarına bağlanan kapsaisin adlı kimyəvi maddə var. Beynimizi ədviyyatlı bir şey yediyimizi düşünməyə vadar edən budur.
Nubar Süleymanova, “İki sahil”