Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çox - 12 milyard 810,7 milyon manat vəsait daxil olub.
“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3 % artaraq 7 milyard 425,8 milyon manata çatıb. Daxilolmalarda müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq", - deyə o qeyd edib.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib