11 oktyabr 2023 13:19
245

Energetika naziri “Rusiya Enerji Həftəsi”ndə iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib.

“İki sahil” xəbər verir ki, nazir cari ilin 11-13 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” 6-cı Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində energetika nazirinin “Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi” sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.