Bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 480 gəmi qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 601, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 879 olub.
2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 45 min 603 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 31 min 60, Türkiyə bayrağı altında olan gəmilər isə 14 min 543 olub.”, - deyə nazirlikdən bildirilib.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib