11 oktyabr 2023 15:13
275

Azərbaycandakı iqtisadi islahatlar beynəlxalq təşkilatlarla müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Dünya Bankının nümayəndələri ilə görüşərək onlarla qurumlarla əməkdaşlıq çərçivəsində görülən işləri, ölkəmizdə həyata keçirilən iqtisadi islahatları müzakirə edib.

“İki sahil” xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri barədə fikir mübadiləsi apardıq", -deyə nazir qeyd edib.