Məşhur inanca görə, ədviyyatlı yeməklərə meyil etmək mədə-bağırsaq traktının iltihabına səbəb ola bilər. Ancaq hər gün ədviyyat yeyən insanlar nadir hallarda mədə ağrısından şikayət edirlər. “Rosiyya” telekanalında yayımlanan "Ən vacibi haqqında" proqramında həkimlər ədviyyatlı yemək yeməyin əslində qastritin inkişafına səbəb olmadığını izah ediblər.
Qastrit mədə mukozasının iltihabıdır və onun funksiyalarının pozulmasına səbəb olur. Xəstələr narahatlıq və ağrıdan şikayət edirlər. Bundan əlavə, mədədə qastrit olduqda daxil olan qida zəif işlənir və nəticədə istehlak edilən qidalardan faydalı maddələr sorulmur.
Qastrit və xoraların əsas səbəbi, mütəxəssislərin fikrincə, Helicobacter pylori bakteriyasıdır. Ancaq acı yemək öz-özünə mədə-bağırsaq traktının iltihabına səbəb ola bilməz. Üstəlik, son tədqiqatlar göstərir ki, bibərin bəzi növləri hətta zərərli bakteriyaların fəaliyyətinin qarşısını alır. Bununla belə, əgər sizdə artıq mədə problemi varsa, hər halda ədviyyatlı qidalara həddən artıq meyillənməməlisiniz, çünki onlar iltihabı artıra bilər.
Nubar Süleymanova, “İki sahil”