13 oktyabr 2023 16:47
894

Meymundakı fərasətə bax: Donuz böyrəyi ilə...

Tədqiqatçılar orqan transplantasiyası sahəsində böyük uğur əldə ediblər. Belə ki, bu tədqiqat nəticəsində bir meymunun geni dəyişdirilmiş donuz böyrəyi ilə iki ildən çox sağ qalıb.

Bu barədə Böyük Britaniyanın “The Guardian” qəzetində məqalə dərc olunub. Nəşrdə qeyd edilib ki, Amerika Birləşmiş Ştatlarının “e-Genesis” biotexnologiya şirkəti və Harvard Universitetinin Tibb fakültəsinin tədqiqat qrupu hesab edir ki, genetik cəhətdən dəyişdirilmiş donuz orqanları xəstəliklərindən əziyyət çəkənlər üçün qlobal donor çatışmazlığı kimi böyük problemi həll edə bilir.

Biotexnologiya şirkətin rəhbəri  Michael Curtis deyib ki, bu “fövqəladə nailiyyət” həyat xilas edən orqan nəqlinə ehtiyacı olan saysız-hesabsız xəstələrə ümid verir.

Alimlər araşdırıblar ki, heyvan orqanları xəstənin immun sistemi tərəfindən qəbul edilərək insanlarda da düzgün və təhlükəsiz işləyə bilər.

Son təcrübədə tədqiqatçılar gənc yucatan donuzlarının böyrəklərindəki genləri makak meymunlarına köçürməzdən əvvəl onları dəyişdirmək üçün CRISPR-Cas9 (DNT hissələrinin kəsilməsinə və dəyişdirilməsinə imkan verən “genetik qayçı” növü) adlı alətdən istifadə ediblər. Bu genetik dəyişikliklərin məqsədi orqanların çıxarılmasının qarşısını almaq və orqan transplantasiyasından sonra alıcılarda yenidən aktivləşə biləcək donuz viruslarını aradan qaldırmaqdır.

Alimlər “Nature” jurnalında yazıblar ki, immun sisteminin orqanlarına uyğunlaşmamasının qarşısını almaq üçün əvvəlcə yalnız üç geni dəyişiblər, lakin bu təcrübəyə məruz qalan meymunlar 24 gündən çox yaşaya bilməyiblər. Lakin onlar daha sonra böyrəklərə qanın laxtalanmasını, iltihabı və digər immun reaksiyaları azaldan 7 insan genini əlavə etdiklərini bildirib. Bundan sonra da meymunlar 176 gün yaşaya biliblər. Tədqiqatçılar bildiriblər ki, bu yeniliyi immunitet sistemini sıxışdıran ənənəvi müalicə ilə birləşdirdikdə sınaqdan keçirilmiş meymunun donuz böyrəyi ilə iki ildən çox (758 gün) yaşayıb.

Araşdırmaçılar onu da qeyd ediblər ki, onlar donor kimi yucatan donuzlarından istifadə ediblər, çünki onların böyrəkləri insanın böyrəkləri ilə təxminən eyni ölçüdədir. Onlar genetik cəhətdən dəyişdirilmiş donuz orqanlarının insanlarda meymunlardan daha yaxşı işləməsini deyiblər.

Tədqiqatçılar, araşdırmanın digər növlərdən insanlara orqan nəqli təcrübələrini təsdiqləməyi dəyərləndirən FDA-ya (Amerika Qida və Dərman Dairəsi) məlumat bazası yaradacağını bildirərək, digər tərəfdən meymunların yaşama müddətləri arasındakı böyük fərqin olmamasının da ətraflı araşdırılmasının önəminə diqqət çəkiblər.

Qeyd edək ki, araşdırmanın elmi məqaləsi “Nature" jurnalında dərc olunub.

Vüsal Cahanov, “İki sahil”