Doktor Aleksandr Myasnikov “Rossiya” telekanalında “Ən vacibi haqqında” verilişində xərçəng ehtimalını azaldacaq qidaları sadalayıb və bu mənada çuğundura bu qədər etibar etməməyin lazım olduğunu izah edib.
Xərçəng təhlükəli bir xəstəlikdir, əksər hallarda irsiyyətdən qaynaqlanır və ya kanserogenlər tərəfindən təhrik edilir. Kansoregenlər bir insana təsir edən və bədxassəli şişlərin ehtimalını artıran ekoloji amillərdir.
Doktor Myasnikov bildirib ki, bir sıra məhsullar müntəzəm olaraq istehlak edildikdə bu dəhşətli xəstəliyin riskini azaltmağa kömək edəcək. Məsələn, müxtəlif növ kələmlər: Brüssel kələmi, gül kələm, brokoli.
Bununla yanaşı, xərçəngə qarşı bədən qoruyucularının tanınmış siyahısında olan bəzi məhsullar da var ki, onlar açıq bir təsir göstərmir. Məsələn, çuğundurun tərkibində müəyyən antioksidanlar dəsti olsa da, təkbaşına xərçəngin qarşısını alması mümkün deyil.
Nubar Süleymanova, “İki sahil”