18 oktyabr 2023 02:35
692

Yapon qadınların sirri: niyə qocalmırlar və kökəlmirlər?

Yapon Naomi Moriyama, Uilliam Doyle ilə əməkdaşlıq edərək, "Yapon Qadınları Kökəlməz və Yaşlanmaz" kitabında anasının mətbəxini təsvir edərək, uzun müddət gözəl və incə qalmağa imkan verən yaşa bağlı qidalanma sisteminin sirlərini açıb.

Yaponların uzunömürlülüyünün sirri qidalanma sistemidir

• İstənilən yapon evdar qadının mətbəxində həmişə balıq, dəniz yosunu, digər dəniz məhsulları, tərəvəzlər, soya məhsulları, düyü, meyvələr, yaşıl çay olur.

• Yaponiyada həmişə təzə hazırlanmış yemək yeyirlər.

• Ənənəvi yemək qızardılmış balıq, bir fincan düyü, qaynadılmış tərəvəz, miso şorbası, desert üçün meyvə və yaşıl çaydır.

• Yaponlar dünya əhalisinin təxminən 2%-ni təşkil edir və dünya balıq istehsalının təxminən 10%-ni istehlak edirlər. Beləliklə, yapon pəhrizi həmişə gündəlik təbii Omeqa-3 dozasını özündə ehtiva edir.

• Yapon mətbəxində məhsul seçərkən əsas diqqət mövsümi məhsullara və onların təzəliyinə verilir. Məhsullarda təkcə qablaşdırma günü deyil, saatı belə göstərilir.

• Yaponlar xırda porsiyalarla yeyirlər, qablar bizim istifadə etdiyimiz qablardan üç dəfə kiçikdir.

• Yaponlar uşaqlıqdan yavaş-yavaş yeməyə öyrədilir, yeməyin hər dişləməsini çeynəyirlər.

Yapon qadınları yemək hazırlayarkən aşağıdakı qaydalara əməl edirlər:

Onlar yüngül yeməklərdən istifadə edirlər və heç vaxt böyük porsiyalarla yemək çəkmirlər.

Qablar nə qədər kiçik olsa, bir o qədər yaxşıdır.

Orada hər növ məhsul ayrı qabda verilir.

Onlar məhsulun təbii gözəlliyini vurğulamağa çalışırlar. Yeməklər xüsusi bəzədilmiş olur.

Yalnız təzə məhsullar seçilir.

Yapon qadınları yeməklərin əksəriyyətini sobada bişirirlər, onlar yarımkürəyə bənzəyən xüsusi tavadan istifadə etməyi xoşlayırlar.

Hazırlanması və istehlakı üçün yalnız yüksək keyfiyyətli bitki yağları və mövsümi tərəvəz və otlardan bulyonlar istifadə olunur.

Yapon qadınlarının incə qalmasına kömək edən daha bir neçə sir var.

Yaponlar çörək yemirlər, onu düyü ilə əvəz edirlər. Bu, şərq və qərb xalqlarının yemək ənənələrində əsaslı fərqdir.

Yaponiyada səhər yeməyi hər şeydir. Buraya müxtəlif yeməklər daxildir. Tipik səhər yeməyi yaşıl çay, buxarda hazırlanmış düyü, yaşıl soğan ilə miso şorbası və soyalı tofudan ibarətdir. Səhər yeməyinə həmçinin nori dəniz yosunu, omlet və ya balıq daxildir. Porsiyaların çox kiçik olmasına baxmayaraq, belə bir səhər yeməyi insanın minerallara və vitaminlərə olan gündəlik ehtiyacını ödəyir.

Yaponlar şirniyyat və desertləri seyrək və az-az yeyirlər, desertlər isə bizimki kimi deyil. Xüsusi bir desert növü vaqaşidir, adətən yaşıl çayla verilir. Tərkibində düyü unu, qoz-fındıq, bitki tərkibli jelatin, aqar-aqar maddəsi və müxtəlif quru meyvələr var. Dad çeşidini hazırlamaq üçün çiçək nektarı və yaşıl çay əlavə edilir. Fəsilləri təmsil edən təxminən 25 növ vaqaşi var. Yaponlar arasında belə bir deyim də var: “Mənə de görüm, hansı vaqaşi yemisən, mən sənə çöldə ilin hansı fəsli olduğunu deyim”. Vaqaşi onlar üçün təkcə şirniyyat deyil, həm də böyük hərflə yazılmış “İncəsənətdir”.

Fiziki fəaliyyət idmana vaxt ayıran və daha çox yeriməyə, velosiped sürməyə, pilləkənlər qalxmağa və mümkün qədər az avtomobil sürməyə çalışan yaponların həyatının ayrılmaz hissəsidir. Hələ 1960-cı ildə yapon tədqiqatçısı Yoşiro Hatano “10 min addım” adlı proqram hazırlayıb və bu proqram gündəlik 10 min addım yeriyənlərin yüksək qan təzyiqi ilə bağlı xəstəliklərdən əziyyət çəkmədiyini, incə qaldığını və daha uzun ömür sürdüyünü təsdiqləyib. Yoşiro Hatano həmçinin dünyanın ilk addımölçən cihazını da hazırlayıb.

Nubar Süleymanova, “İki sahil”