19 oktyabr 2023 00:23
559

Kollagen və elastin: Toyuq yumurtası dəriyə nə üçün faydalıdır?

Toyuq yumurtası ən çox səhər yeməyində yeyilir. Yumurtanın tərkibindəki ağ və sarısı orqanizmə faydalı təsir göstərir. “Rossiya” telekanalında yayımlanan "Ən vacibi haqqında" proqramında mütəxəssislər bu məhsulun niyə xüsusilə faydalı olduğunu izah ediblər.

Doktor Aqapkin bildirib ki, toyuq yumurtasının tərkibində olan A vitamini dəri hüceyrələrimizin - keratinositlərin normal yetişməsi üçün lazımdır.“Yumurta ağında bütün lazımi amin turşuları var. Onlar bədəndə dərinin hamarlığına cavabdeh olan kollagen və elastinin qurulması üçün təməl təşkil edirlər”,-deyə dietoloq, endokrinoloq, tibb elmləri namizədi Oleq İrışkin bildirib.Bu kompozisiya dərinin hamarlığının təsirini təmin edir və qırışların olmamasına kömək edir.

Yumurta ağı maskaları üz dərisi üçün həqiqətən faydalıdır. Dərini daha tonlanmış və elastik edir.

Yumurtanın faydalarını sadalayan dietoloq çiy yumurta yeməməyi məsləhət görüb. "Çiy yumurta çox şübhəli bir məhsuldur, çünki insanlar hələ də salmonellaya yoluxurlar",-deyə mütəxəssis vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”