20 oktyabr 2023 02:51
669

40 yaşda özünüzü 20 yaşlı kimi hiss etmək istəyirsinizsə..

Hər bir qadın mümkün qədər uzun müddət gənc qalmaq istəyir. Müasir elm isə bu ehtiyacı ödəməyə çalışır. Dərmanlar, qidalanma, təlim və s. köməyi ilə bədənin fəaliyyətini yaxşılaşdırmağa yönəlmiş fəaliyyətlər toplusu olan “Biohacking” məhz belə ortaya çıxdı. “Rossiya” telekanalında “Ən vacibi haqqında” verilişində mütəxəssislər təbiəti necə “çaşdırmaq” barədə danışıblar.

Bir neçə il əvvəl qocalığı gecikdirmək və gəncliyini qaytarmaq istəyən 45 yaşlı amerikalı milyonçu Brayan Consonun başına gələnlər məlum olub. Zamanla o, cavanlaşma üçün müxtəlif prosedurları sınaqdan keçirib. Həkimlərin fikrincə, biohaker istədiyi nəticəni əldə edə bilib: onun ürəyi beş il cavanlaşıb, dərisi 22 yaşlı gəncin dərisinə, ağciyərləri isə 18 yaşlı gəncinkinə bənzəyib.

“Ən vacibi haqqında” verilişinin efirində Sankt-Peterburq Biotənzimləmə və Gerontologiya İnstitutunun direktoru Vladimir Xavinsona və tibb elmləri doktoru, professor, Ümumdünya Profilaktik, Bərpaedici və Qocalma Əleyhinə Şurasının baş katibi Svetlana Trofimova, rus biohaker Stanislav Skakun Consonun hekayəsinə bənzər təcrübələrindən danışıblar. Onlar amerikalı iş adamı ilə eyni nəticəni əldə etmək üçün lazım olan prosedurları sadalayıblar.

 Təzyiq kamerası

Hermetik kamera reabilitasiya, , o cümlədən sinir sistemi xəstəlikləri və digər müxtəlif xəstəliklər üçün tibbdə geniş istifadə olunur. Təzyiq kamerası sayəsində orqanlar oksigenlə doyur, immunitet sisteminin fəaliyyəti yaxşılaşır.

Plazmaferez

Fərziyyəyə görə, qan plazmasının köçürülməsi orqanizmi cavanlaşdıra bilər. Bu, qanı zəhərli maddələrdən təmizləmək üsullarından biridir. Plazmaferez bədəndəki "pis" xolesterinin səviyyəsini azaldır.

Genetik testlər

Belə bir yoxlama xəstəyə ciddi xəstəliklərin inkişafının qarşısını almağa və profilaktik tədbirlər görməyə kömək edir.

Biokimyəvi testlər

Stanislav Skakun ildə bir dəfə bədəninin fəaliyyətinin yüzlərlə parametrlərini yoxlayaraq, ətraflı testlər edir. O hesab edir ki, norma nisbi bir anlayışdır və gənc yaşda - 25-30 yaşlarda öz göstəricilərinizə mütləq diqqət yetirməyi məsləhət görür.

Nubar Süleymanova, “İki sahil”