Astroloqlar bu üç bürcün kişilərinin evlilik üçün ən yaxşı tərəfdaş ola biləcəyinə inanırlar.
Tərəzi
Bu bürcün kişisi evlilik həyatından onilliklər keçsə belə, həyat yoldaşı üçün romantik hərəkətlər edəcək. Tərəzi ilə ailə quran qadınlar bilməlidirlər ki, evdə daim bir buket gül, səhər isə yataqda qəhvəniz olacaq. Tərəzilər münasibətlərini inkişaf etdirmək üçün hər cür səy göstərməyə hazırdırlar. Onların tarazlıq və harmoniya arzusu evlilik həyatına müsbət təsir göstərir.
Oğlaq
Bu bürcün nümayəndələri bir sıra sevimli kişi məziyyətlərinə malikdirlər. Çox ağıllı, həssas, səxavətli, mehriban və çox vaxt yaraşıqlı olurlar. Qeyd etmək lazımdır ki, Oğlaqlar evlənməyin mənasını görmədikləri üçün nadir hallarda evlənirlər. Odur ki, bu bürcün altında doğulmuş bir kişi sizə evlilik təklif edirsə, onun niyyətinin ciddi olduğuna əmin olun.
Qız bürcü
Bu bürcün kişiləri həyat yoldaşları arasında mütləq lider sayılırlar. Onlar, bir qayda olaraq, yaxşı pul qazanırlar, tərbiyəlidirlər, ləzzətli bişirirlər və həyat yoldaşına ev işlərində kömək etməkdən məmnun olurlar. Bu bürcün nümayəndələrinin izahatlara ehtiyacı yoxdur, onlar özləri hər şeyi sözsüz mükəmməl başa düşürlər. Belə bir kişi ilə qadınlar həmişə qayğı ilə əhatə olunacaqlarına və heç vaxt tək qalmayacaqlarına əmin ola bilərlər.
Nubar Süleymanova, “İki sahil”