25 oktyabr 2023 23:11
672

Maqnezium çatışmazlığından necə xəbərdar olaq?

Maqnezium ürək-damar, sinir, immun və digər sistemlərin fəaliyyətinə təsir edən, sümüklərin möhkəmliyini qoruyan, kalium və kalsium mübadiləsində iştirak edən mühüm makroelementdir. Rusiyanın “Gemotest” laboratoriyasının həkimi və eksperti Olqa Ulankina Pravda.Ru-ya onun çatışmazlığının necə tanınması və nə üçün təhlükəli olması barədə danışıb.

“Maqnezium çatışmazlığının xarakterik əlamətləri əzələ spazmları, əzalarda uyuşma hissi, yorğunluq və apatiya və ya əksinə, artan həyəcan, əhval-ruhiyyənin qəfil dəyişməsi, yuxu pozğunluğu, ürək ritminin pozulması, iştahsızlıq, ürəkbulanma, qusma və qəbizlikdir. Ürək ritminin pozulması, tinnitus - qulaqlarda və başda cingilti də bu siyahıya daxildir. Onun sözlərinə görə, bu əlamətlərə məhəl qoyulmadıqda, uzun müddət davam edən maqnezium çatışmazlığı ilə depressiya, şəkərli diabet, hipertoniya, hipotenziya, osteoporoz, urolitiyaz və ateroskleroz kimi ciddi nəticələr başlaya bilər. Maqnezium çatışmazlığı əlamətləri aşkar edilərsə, Ulankina bir terapevtlə əlaqə saxlamağı məsləhət görür.

Çinin Şandunq Tibb Universitetinin alimləri bir müddət əvvəl müəyyən ediblər ki, pəhrizdə daha çox maqnezium qəbulu aşağı ətraflarda qan axınını pozan periferik arteriya xəstəliyinin (PAX) inkişaf riskini azaldır.

Nubar Süleymanova, “İki sahil”