27 oktyabr 2023 00:24
949

Üzdə qırışlar əslində nədən yaranır?

Təəssüf ki, mimikalara nəzarət və ya pokerfeys adlandırılan üz əzələləri üçün məşqlər və digər bu kimi fəndlər belə üzün dərisini qocalmaqdan tamamilə xilas etmir. Plastik cərrah, kosmetoloq, dermatoloq, “Cosmopro” klinikalar şəbəkəsinin təsisçisi Pasixat Maqomedova Gazeta.ru-ya bildirib ki, bu, daxili kimyəvi mexanizmlərin, eləcə də xarici – fiziki mexanizmlərin yaratdığı qaçılmaz prosesdir.

Üzdəki qırışlar - göz ətrafındakı qaz ayağı adlandırılan , üst dodaqda dərinin strukturunun dəyişməsi, "qaşlar arası" və s. - bunlar dəridə yaşa bağlı dəyişikliklərdir, mütəxəssis qeyd edib. Onların baş verməsinin əsas səbəbi, dermisdə təbii dəri kollageninin miqdarının azalmasıdır, buna görə də dərinin strukturu pozulur.

Yalnız üzdə deyil, bütün bədənin dərisi yaşla boşalır və elastikliyini itirir. Qravitasiya da problemlərə əlavə olunur, kosmetoloq hesab edir ki, dəri yeni qıvrımlar yaradaraq aşağı düşməyə başlayır. İlk növbədə, bütün bunlar üzə təsir edir.

Mütəxəssis qırışların 30 yaşdan sonra görünməsi ilə bağlı məşhur stereotipi da təkzib edib. Yaşlanma daha erkən başlayır - artıq 25-də, sadəcə olaraq, bu zaman bədənin bərpası üçün kifayət qədər gücü olur. Maqomedovanın sözlərinə görə, dermisin yaxşı balansını qorumaq üçün pis vərdişlərdən uzaq durmalı və duruşunuza nəzarət etməlisiniz. Ümumiyyətlə, dərinin vəziyyəti genetikadan və onun növündən asılıdır. Bir qayda olaraq, nazik və quru dəridə daha çox qırışlar görünür. Gənc dərinin “düşmənləri” arasında dermatoloq günəşə məruz qalmağı, yuxusuzluğu, yağ çatışmazlığını, oturaq həyat tərzini, siqaret çəkməyi və spirtli içki qəbul etməyi qeyd edib. “Ümumiyyətlə, hər hansı bir stress dəri üçün zərərlidir, dermisin görünüşü səhv seçilmiş dəriyə qulluq kosmetikası, həmçinin Botox-a olan həvəsdən təsirlənə bilər”, -kosmetoloq belə nəticəyə gəlib.

Nubar Süleymanova, “İki sahil”