Nevroloq Emili Makdonald beynin gün ərzində məhsuldar işləməsinə mane olan və erkən qocalmağa səbəb olan gündəlik üç pis vərdişi sadalayıb. Bu barədə “Huffington Post”a danışan mütəxəssis beyni qocaldan ilk vərdişin oyandıqdan dərhal sonra telefona baxmaq olduğunu deyib. O izah edib ki, siz oyandığınız zaman beyin ümumi zehni koordinasiya, sakitlik, ayıqlıq və öyrənməyə kömək edən alfa dalğaları istehsal etməyə başlayır. Neyroloqun sözlərinə görə, bu anda insan beyni hər hansı bir məlumatı qəbul etməyə tam açıq olur, ona görə də yuxudan ayılan kimi xəbərləri oxumaq və ya sosial şəbəkələri vərəqləmək tövsiyə edilmir. Bu, gün ərzində dopamin səviyyəsini aşağı salır, buna görə də biz telefonlarımızı təkrar-təkrar yoxlamağa davam edirik",-deyə Makdonald bildirib.
Nevroloq səhər saatlarında beynin həssaslığına görə özünü tənqid etməkdən çəkinməyi, özünü başqaları ilə müqayisə etməməyi məsləhət görüb. Onun fikrincə, yuxudan oyandıqdan sonra ilk dəqiqələrdə mənfi fikirlər tez mənimsənilir və sonra gün ərzində dəfələrlə təkrarlanır, əhval-ruhiyyə və hərəkətlərə təsir göstərir.
Makdonalda görə beyin üçün üçüncü pis vərdiş, fəstfud və digər işlənmiş qidaları sevməkdir. Mütəxəssis bildirib ki, belə bir pəhriz beynin qocalmasını sürətləndirir və ümumilikdə koqnitiv qabiliyyətləri azaldır.
Nubar Süleymanova, “İki sahil”