2023-cü ilin sentyabr ayında Azərbaycanın qeyri-neft ixracı 223,89 milyon ABŞ dolları olub. Bunun da 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
Bu barədə “İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir.
Qeyd edək ki, cari ilin sentyabr ayında Türkiyəyə qeyri-neft sektoruna aid mal ixracı 2.2 dəfə artaraq 45.3 milyon dollar təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25,7 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (15,4 milyon ABŞ dolları) ikinci və meşə fındığı (10 milyon ABŞ dolları) üçüncü olub.