31 oktyabr 2023 14:14
341

Azərbaycanın qızıl ixracından gəlirləri 21%-dək azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 101,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 20,7% azdır.

Bu barədə “İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 128,3 mln. dollar təşkil edib.