31 oktyabr 2023 16:42
293

Şərqi Zəngəzurda müvəqqəti olaraq üç şəhərcik salınacaq

Şərqi Zəngəzur iqtisadi rayonunda müvəqqəti olaraq xidməti istifadə üçün 3 şəhərcik salınacaq.

"İki sahil” bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şəhərciklər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşəcək. Bu məqsədlə təxminən 4 milyon manat vəsait ayrılıb.