İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2022-ci ili 1,047 milyon manat mənfəətlə başa vurub.
“İki sahil” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 14,6 % azdır.
Ötən il “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin gəlirləri 5,33 milyon manat (əvvəlki ilə nisbətən 4,9 % çox), o cümlədən əsas əməliyyat gəlirləri 5,329 milyon manat (5,1 % çox), sair əməliyyat gəlirləri isə 1 min manat (12 dəfə az) təşkil edib.
Hesabat dövründə qurumun xərcləri isə 4,283 milyon manat (illik müqayisədə 11,1 % çox), o cümlədən işçi heyəti üzrə xərcləri 3,964 milyon manat (13,5 % çox), amortizasiya xərcləri 33 min manat (3,7 dəfə az), digər əməliyyat xərcləri isə 286 min manat (19,7 % çox) olub.